- Baxış sayı: 134
- 19 Yanvar 2026 14:04
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Tbilisidə qılıncoynatmanın sablya növü üzrə yeniyetmələr arasında “European CC Tbilisi-2025” beynəlxalq turnirinə yekun vurulub.
Allsport.az xəbər verir ki, Züleyxa Sultanlı, Ayan Ağasıyeva və Cahan Sadxovadan ibarət sablyaçılarımız komanda yarışında birinci yerlə layiq görülüb. Komandamız finalda Gürcüstan yığmasına 45:37 hesabı ilə qalib gəlib.
Qız sablyaçıların şəxsi yarışında Züleyxa Sultanlı ikinci, Ayan Ağasıyeva isə üçüncü olub.
Yeniyetmə oğlan sablyaçıların şəxsi yarışında Abbas Hüseynov gümüş medal qazanıb.