- Baxış sayı: 35
- 19 Yanvar 2025 14:22
- Baxış sayı: 130
- Yanvar 19, 2025
- 0
Türkiyənin Bursa şəhərində bu ölkənin tanınmış voleybol adamı Çingiz Göllünün xatirəsinə beynəlxalq turnir başa çatıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan klubu “Telekom” sonuncu, 5-ci turda yarışın lideri Rusiya “Proton”u ilə qarşılaşıb.
Təmsilçimiz bu görüşün taleyini tay-brekdə həll edib – 3:2. Millimizin oyunçusu Anastasiya Qurbanovanın da çıxış etdiyi “Proton” bu məğlubiyyətə baxmayaraq, 10 xalla turnirin qalibi olub. Saratov klubuna 1-ci yeri təmin etmək üçün 2 setdə qalib gəlib, 1 xal qazanmaq kifayət edib.
Rəqibindən 1 xal geri qalan “Telekom” 2-ci olub. Paytaxt klubunun üzvü Xristina Ruseva turnirin rəmzi yığmasında yer alıb. O, ən yaxşı blokçu sayılıb.