“Telekom” klubunun keçmiş prezidenti Cəlil Cəfərov həbs edilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi həbs olunub. Allsport.az saytı qafqazinfo.az-a istibadən xəbər verir ki, ötən gecə nazirliyin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov həbs edilib.

Hazırda Rabitə Nazirliyində yoxlamalar başlayıb. Vəzifəsindən azad olunanlar var. 29.06.2015-ci il tarixdə BƏHM-in təşkilati-hüquqi forması dəyişdirilərək “Azerbaijan International Telecom (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilib.

Onu da əlavə edək ki, Cəlil Cəfərov voleybolçu qadınlar arasında 8-qat ölkə çempionu, Avropa Çempionlar Liqasının iştirakçısı “Telekom” (“Rabitə”) klubunun keçmiş prezidenti olub.

Həmin kateqoriyadan

azenrutr