- Baxış sayı: 35
- 19 Yanvar 2025 14:22
- Baxış sayı: 130
- Yanvar 19, 2025
- 0
Qadın voleybolçularından ibarət “Telekom” klubu Türkiyənin Bursa şəhərində Çingiz Göllünün xatirəsinə həsr olunan beynəlxalq yarışda növbəti oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin 4-cü turunda Fransanın “Kann” klubu ilə qarşılaşıb.
Gərgin mübarizədə rəqib tay-brekdə bizi üstələyib – 3:2. Məğlubiyyətə baxmayaraq, “rabitəçilər” 1 xal qazanmaqla, qrupda liderliyini davam etdirrilər.
Buna qədər “Telekom” Türkiyənin “Bursa Böyükşəhər Bələdiyyəspor”, “Qalatasaray” klublarına qalib gəlib, Polşa “Atom”una uduzub.
Bakılılar oktyabrın 7-də Rusiyanın “Proton Saratov” kollektivi ilə üz-üzə gələcək. Turnirdə ən çox xal toplayan komanda yarışın qalibi elan ediləcək.