- Baxış sayı: 35
- 19 Yanvar 2025 14:22
- Baxış sayı: 130
- Yanvar 19, 2025
- 0
Bu gün Bakının qadın voleybolçulardan ibarət “Telekom” klubu Avropa Çempionlar Liqasında ilk oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, “E” qrupunda mübarizə aparan təmsilçimiz Polşanın “İmpel” komandasını qəbul edib.
Ukraynalı hakim Viktor Kozlovskinin idarə etdiyi görüşdə rəqib qalib gəlib – 3:0 (25:17, 25:12, 26:24). Qrupun digər oyunu Almaniyada yerli “Drezdner” və Türkiyənin “Fənərbağça” komandaları arasında keçirilib. Görüşdə Türkiyə təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub edib.