- Baxış sayı: 29
- 27 Mart 2026 17:28
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

“Milan”ın müdafiəçisi Teo Hernandes “A” seriyasının növbəti iki oyununu cəza səbəbindən buraxacaq.
Allsport.az xəbər verir ki, 27 yaşlı fransalının bu cür cəzalandırılmasına səbəb İtaliya çempionatının 7-ci turunda “Fiorentina” ilə oyunun (1:2) sonlarında etdiyi qeyri-etik davranışı olub. Ernandes matçın sonunda hakimi dəfələrlə təhqir edib.
Teo “Milan”ın “A” seriyasında “Udineze” və “Bolonya” matçlarında iştirak etməyəcək.