- Baxış sayı: 38
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 209
- Fevral 04, 2026
- 0

“Barselona” almaniyalı qapıçı Mark-Andre ter Ştegeni transfer siyahısına salıb.
Allsport.az xəbər verir ki, Kataloniya təmsilçisi təcrübəli qolkiperə gələcək planlarında yer verməyi düşünmür.
Artıq bir neçə klub 33 yaşlı futbolçunun xidmətində maraqlıdır. “Aston Villa” əsas qapıçısı Emiliano Martinesin bel nahiyəsindəki daimi ağrıları və zədə problemləri fonunda ter Ştegeni heyətinə qatmaq üçün sorğu göndərib. Bundan əlavə, “Jirona”nın da onunla maraqlandığı bildirilir.
Mark-Andre ter Ştegen 2014-cü ildən “göy-qırmızılar”ın şərəfini qoruyur. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayınadək nəzərdə tutulub.