“Terrorçu UFC çempionu ola bilməz”

Keçmiş UFC çempionu Şon Striklend diskvalifikasiyası ilə bağlı xəbərlərə münasibət bildirib.

Allsport.az xəbər verir ki, amerikalı Las-Veqasda “Tuff-N-Uff” turnirində əlbəyaxa davada iştirak etdiyinə görə 6 ay müddətinə cəzalanıb.

Striklendin qəzəbi idarə etmə kursları almağa razı olduğu halda diskvalifikasiya müddəti azaldıla bilər.

Həmzət Çimayevin Drikus dü Plessis üzərində qələbəsindən sonra Striklend deyib ki, o, özünü çeçeni məğlub etməyə və UFC-nin orta çəkidə kəmərini almağa qadir hesab edir.

“Baş verənləri unudub yenidən qəfəsə düşməyin vaxtıdır. Terrorçu UFC çempionu ola bilməz. Və görünür, bunu dəyişə bilən yeganə şəxs mənəm.

Hər şeyi tez həll etdiyi üçün atletik komissiyaya təşəkkür edirəm. Mən qəzəbimi idarə etməyi öyrənəcəyəm”, – Striklend sosial şəbəkədə yazıb.

Həmin kateqoriyadan