- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

FİDE mart ayının əmsalını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, siyahıda 8 şahmatçımız da yer alıb. Kişilərdə milli üzvlərindən Teymur Rəcəbov Şəhriyar Məmmədyarovu arxada qoyub. O, 2765 xalla 9-cu, “Şah” 10-cudur (2764).
Mövqeyini qoruyan Qədir Hüseynov 2665 xalla 72-ci sıradadır. Ondan bir xal geri qalan Nicat Abasov 74-cüdür. Rauf Məmmədov 2654 xalla 91-ci yerdədir.
Qadınlarda ilk yüzlükdə 3 təmsilçimiz var: yığma üzvlərindən Günay Məmmədzadə (2443) 31-ci, Gülnar Məmmədova (2386) 77-ci və Ülviyyə Fətəliyeva (2377) 89-cu pillədədir.