Teymur Rəcəbov FIDE ilə güzəştə nail oldu

Teymur Rəcəbov və beynəlxalq şahmat federasiyası iddiaçılar turniri ətrafında yaranan məsələ ilə bağlı ortaq məxrəcə gəliblər. Allsport.az xəbər verir ki, bu barədə məlumatı 33 yaşlı zəka sahibinin turnirdə məsləhətçisi kimi çalışması planlaşdırılan rusiyalı şahmatçı Sergey Karyakin məlumat verib:

“FIDE ilə güzəştli qərarın olması mümkündür. Lakin bunu federasiyanın rəhbəri Arkadi Dvorkoviçin elan etməsi daha düzgün olar. Kompromisli qərar barədə anlayış mövcuddur. Özüm gözləyirəm, bu müstəvidə hərəkət edəcəyik. Düşünürəm ki, hər şey normal olacaq”.

Həmin kateqoriyadan