- Baxış sayı: 47
- 05 Dekabr 2025 16:47
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

Teymur Rəcəbov Almaniyanın Hamburq şəhərində keçirilən FIDE-nin qran-pri turnirində növbəti görüşünü keçirib.
Allsport.az xəbər verir ki, 32 yaşlı qrossmeyster 1/8 final mərhələsinin ikinci duelində Rusiya təmsilçisi Daniil Dubovla heç-heçə edib – 0,5:0,5.
İlk görüşdə də bərabərlik qeydə alındığı üçün növbəti mərhələyə yüksələn şahmatçı sabah tay-breykdə bəlli olacaq.
FIDE qran-priləri 2020-ci il iddiaçılar turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib. Yarışın iki qalib şahmatçısı 2020-ci il iddiaçılar turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avro təşkil edir. FIDE əlavə olaraq 280 min avroluq mükafat fondunu qran-pri seriyasında ən yaxşı nəticələrə əsasən bölüşdürəcək.
Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvadakı qran-prinin qalibi olmuşdu. Dünya kubokunu qazanan Teymur Rəcəbov isə öncədən iddiaçılar turnirində iştirak hüququ qazanıb.