Teymur Rəcəbov: “Özümü təcrid etmişəm, karantində deyiləm”

Teymur Rəcəbov  koronavirus pandemiyasına görə özünü təcrid edib. Allsport.az xəbər verir ki, 32 yaşlı  qrossmeyster sosial şəbəkə hesabında bu barədə ətraflı məlumat verib:

“Təcridetmə ilə bağlı paylaşımım həddindən artıq ciddi qəbul olunub. Elə başa düşülüb ki, sanki mən karantindəyəm. Sadəcə, özümü təcrid etmişəm. Ağrılarım yoxdur, karantində deyiləm. Yalnız öz şahmat bacarıqlarımın üzərində işləyirəm. Görünür, “Instagram” vasitəsilə nüfuzum daha da artır”.

Teymur Rəcəbov koronavirusa görə martın 15-də Sankt-Peterburqda start götürən iddiaçılar turnirindən imtina edib.

Həmin kateqoriyadan