- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Beynəlxalq şahmat federasiyası (FIDE) oktyabr ayı üçün reytinq siyahısını açıqlayıb.
Allsport.az xəbər verir ki, kişi şahmatçılarımızdan Şəhriyar Məmmədyarov 2772 xalla 8-ci sıradadır. Dünya kubokunu qazanmış Teymur Rəcəbov isə 15-ci yerdən 9-cu pilləyə yüksəlib. Teymur Şəhriyardan beş xal geridir.
Qədir Hüseynov 83-cü (2660 xal), Nicat Abbasov 93-cü yerdə qərarlaşıb (2655 xal).
Qadınların reytinqində ən yaxşı göstərici Günay Məmmədzadəyə məxsusdur. O, 2427 xalla 38-cidir.