- Baxış sayı: 34
- 17 Mart 2026 20:35
- Baxış sayı: 257
- Mart 16, 2026
- 0

Beynəlxalq cüdo federasiyasının təqviminə əsasən, 20–22 martda Gürcüstanın paytaxtı Tiflisdə “Böyük dəbilqə” turniri keçiriləcək.
Allsport.az xəbər verir ki, Azərbaycan nüfuzlu yarışda kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – Elçin İsmayılov, Robert Kravçik; qadınlardan ibarət yığmanın baş məşqçisi Əminə Əbdullətif və böyük məşqçi Saşa Herkenrat-Vimarın başçılığı altında 7 çəki dərəcəsində 11 cüdoçu (6 kişi, 5 qadın) ilə təmsil olunacaq.
Üç gün davam edəcək turnirdə 52 ölkədən 406 idmançı (250 kişi, 156 qadın) mübarizə aparacaq.
Dünya turu seriyasında keçirilən yarışda Azərbaycan cüdo federasiyasının hakimlər heyətinin üzvü “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Heyəti təqdim edirik:
Kişilər
66 kq
Rəşad Yelkiyev
Turan Bayramov
73 kq
Kamran Süleymanov
Hidayət Heydərov
+100 kq
Camal Qamzatxanov
Kənan Nəsibov
Qadınlar
48 kq
Könül Əliyeva
52 kq
Leyla Əliyeva
70 kq
Südabə Ağayeva
Aytac Qardaşxanlı
+78 kq
Madina Kaisinova