- Baxış sayı: 38
- 25 Noyabr 2024 17:38
- Baxış sayı: 12
- Noyabr 25, 2024
- 0
Ölkə çempionatının 11-ci turunda keçirilən «Kəpəz» – «Qəbələ» matçının baş tutmasının bəxti açılmır. Allsport.az saytı xəbər verir ki, Gəncədə güclü yağış səbəbi ilə şəhər stadionunun ot örtüyü yararsız hala düşdüyündən, tərəflər oyunun Qəbələdə keçirilməsinə razılaşıblar.
Amma başı bəlalı matç şimal bölgəsində də sonacan baş tumayıb. «Kəpəz»in 1:0 qalib gəldiyi qarşılaşmanın ilk hissəsində meydana qatı duman daxil olduğundan, baş hakim Əliyar Ağayev oyunu yarımçıq saxlayıb.
Artıq Peşəkar Futbol Liqası bu matçla bağlı rəsmi açıqlama da yayıb. Məlumatda bildirilir ki, dayandırılan görüşün qalan hissəsi sabah keçiriləcək. Görüş saat 20:00-da bərpa olunacaq.