- Baxış sayı: 75
- 03 Dekabr 2025 11:42
- Baxış sayı: 90
- Dekabr 05, 2025
- 0

Builki yay olimpiya oyunlarının fərqli cəhəti, hələ də davam edən COVİD-19 pandemiyası şəraitində təşkilididir. Allsport.az saytı xəbər verir ki, olimpiada zamanı dopinq nəzarətin həyata keçirilməsində mütləq şəkildə COVİD-19 qaydaları nəzərə alınacaq.
Tokio-2020-in digər bir özəlliyi də, ilk dəfə olaraq bu prosesinin kağızsız formada – MODOC sistemi ilə həyata keçirilməsi olacaq. Qeyd edək ki, AMADA bu sistemi artıq 2018-ci ildən etibarən ölkəmizdə tətbiq edir və idmançılarımız bu sistemlə yaxından tanışdırlar.
Olimpiya oyunları zamanı idmançıların antidopinqlə bağlı suallarını cavablamaq üçün 24 saat çağrı mərkəzi fəaliyyət göstərəcək. Tədbirin digər iki vacib mövzusu oyunlar zamanı ümumi COVİD-19 və sosial mediadan istifadə qaydaları haqqında idi.