- Baxış sayı: 61
- 06 Aprel 2025 13:15
- Baxış sayı: 56
- Aprel 11, 2025
- 0
Tokio-2020 yay olimpiya oyunlarına lisenziya qazanmış 44 idmançı-mızdan artıq 42-si ADEL sertifikatına layiq görülüb. Allsport.az saytı xəbər verir ki, bunu sadəcə idmançılar deyil, həm də köməkçi heyətin üzvləri də əldə edib. 45 yardımçıdan 41-i “Tokio-2020 üçün ADEL” sertifikatının sahibidir.
Yaponiyaya yollanacaq tibbi heyətdən 2 nəfər “ADEL for Mpiniyayedical Professionals”, 1 nəfər “ADEL for Medical Professionals at Major Games” və 1 nəfər “ADEL for Medical Professionals” və “ADEL for Medical Professionals at Major Games” kursunu müvəffəqiyyətlə tamamlayaraq müvafiq sertifikatlara yiyələniblər.
İndiyə qədər 31 paralimpiyaçı idmançımızdan 15-nin ADEL sertifikatı mövcuddur və digər idmançıların Tokio-2020 üçün ADEL kursunda təlim prosesi davam edir.
Təliminin məqsədi idmançı və idmançı köməkçi heyətinin qarşıda gələn olimpiya oyunlarına hazırlıq çərçivəsində #antidopinq üzrə biliklərinin yoxlanılması və gücləndirilməsini təmin etməkdir. Bu təlim zamanı iştirakçılar dopinq nəzarəti, qadağan edilmiş siyahı, antidopinq qayda pozuntuları və digər mühüm antidopinq mövzular üzrə biliklərini test etmə imkanı əldə edirlər.
ADEL, antidopinq təhsili üzrə beynəlxalq standartın mühüm meyarıdır və yay olimpiya oyunlarına vəsiqə qazanmış bütün idmançıların bu təlimdən keçməsi şərtdir.