Topaz Premyer Liqası dünya sıralamasında 37-cidir
20 yanvar 2015 / 00:48 Baxış sayı: 736 Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası dünya ölkələrinin futbol çempionatlarının 2014-cü il üçün reytinqini açıqlayıb. Allsport.az xəbər verir ki, Azərbaycan çempionatı 37-ci sırada qərarlaşıb.
Topaz Premyer Liqasının hesabında 421 reytinq xalı var. Ölkəmiz 2013-cü il ilə müqayisədə siyahıda 6 pillə irəliləyib.
Azərbaycan birinciliyi Polşa, Moldova, Serbiya, Estoniya, Danimarka və bir sıra başqa ölkələrin çempionatlarını qabaqlayıb.
İlk sırada İspaniya La Liqası qərarlaşıb – 1259 xal. İtaliya A Seriyası ikinci (998), İngiltərə Premyer Liqası üçüncüdür (958).
| Yer | Öncəki yeri | Ölkə | Xalı |
| 1 | (1) | İspaniya | 1259 |
| 2 | (4) | İtaliya | 998 |
| 3 | (2) | İngiltərə | 958 |
| 4 | (6) | Argentina | 938 |
| 5 | (3) | Almaniya | 912 |
| 6 | (5) | Braziliya | 893 |
| 7 | (7) | Fransa | 871 |
| 8 | (18) | Portuqaliya | 758 |
| 9 | (9) | Kolumbiya | 697,5 |
| 10 | (11) | Paraqvay | 671,5 |
| 11 | (16) | Belçika | 670 |
| 12 | (8) | Rusiya | 653,5 |
| 13 | (15) | Méksika | 653,5 |
| 14 | (22) | Yunanıstan | 635 |
| 15 | (20) | Ekvador | 627,5 |
| 16 | (10) | Rumıniya | 619 |
| 17 | (21) | Niderland | 614 |
| 18 | (12) | İsveçrə | 611 |
| 19 | (14) | Ukrayna | 594 |
| 20 | (26) | Kipr | 579,5 |
| 21 | (25) | Şotlandiya | 574 |
| 22 | (27) | Bolqarıstan | 563,5 |
| 23 | (17) | Çex Respublikası | 563 |
| 24 | (23) | Koreya Respublikası | 562,5 |
| 25 | (19) | Çili | 552 |
| 26 | (32) | Xorvatiya | 538,5 |
| 27 | (13) | Türkiyə | 519 |
| 28 | (28) | Avstriya | 512 |
| 29 | (24) | Səudiyyə Ərəbistanı | 490 |
| 30 | (31) | Tunis | 477 |
| 31 | (44) | Boliviya | 461 |
| 32 | (30) | Yaponiya | 460,5 |
| 33 | (29) | Norveç | 459,5 |
| 34 | (38) | Kosta Rika | 459,5 |
| 35 | (35) | Uruqvay | 452,5 |
| 36 | (60) | Belarus | 437 |
| 37 | (43) | Azərbaycan | 421 |
| 38 | (83) | Qazaxıstan | 418 |
| 39 | (39) | Polşa | 408 |
| 40 | (41) | Moldova | 405 |
| 41 | (52) | Sloveniya | 401,5 |
| 42 | (45) | İsveç | 392 |
| 43 | (46) | Misir | 386,5 |
| 44 | (42) | Serbiya | 380 |
| 45 | (54) | Estoniya | 380 |
| 46 | (56) | Küveyt | 377 |
| 47 | (33) | Danimarka | 369 |
| 48 | (65) | Sloveniya | 365 |
| 49 | (48) | Venesuela | 360,5 |
| 50 | (71) | BƏƏ | 352 |