- Baxış sayı: 47
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 102
- Fevral 06, 2026
- 0

Topaz Premyer Liqasının 4-cü turu iki rekordla əlamətdar olub. Allsport.az xəbər verir ki, turun 4 qarşılaşmasını 17400 tamaşaçı izləyib.
Bu da mövsümün yeni rekordudur. Orta hesabla hər matçını 3480 azarkeşin izlədiyi həftəyədək ilk turu 14000, 2-ci turu 16300, ötən turu 13350 tamaşaçı seyr etmişdi.
Bu rekord “Kəpəz” – AzAL oyunu (1:0) sayəsində mümkün olub. Gəncədəki görüşdə 13200 izləyici qeydə alınıb ki, bu da mövsümün rekordudur. 2-ci turun “Kəpəz” – “Zirə” matçının rekordu 700 nəfər yaxşılaşdırılıb. Həmin qarşılaşmada 12500 tamaşaçı qeydə alınmışdı.
Mövsümün 3-cü göstəricisi ötən turun “Xəzər Lənkəran” – “Rəvan” matçına məxsusdur – 9500.