Topaz Premyer Liqasında liderlərin savaşı

Bu gün Topaz Premyer Liqasında 7-ci tura yekun vurulur. Allsport.az xəbər verir ki, milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranacaq fasilə öncəsi baş tutan turun son oyun günündə 3 görüş keçiriləcək.

Öncə “Kəpəz” “Sumqayıt”la qarşılaşacaq. Turun mərkəzi oyununda liderlər qrupunda qərarlaşmış iki komanda qarşılaşacaq. Belə ki, lider və son çempion “Qarabağ” səfərdə əsas izləyicisi “İnter”in qonağı olacaq. Nəhayət, turun qapanış matçında “Qəbələ” doğma meydanda “Xəzər Lənkəran”ı sınağa çəkəcək.

Topaz Premyer Liqası
7-ci tur
4 oktyabr (bazar)

16:00. “Kəpəz” – “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Vüqar Bayramov, Rəvan Həmzəzadə.
Gəncə şəhər stadionu.

19:00. “İnter” – “Qarabağ”
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Munis Abdullayev, Xəlil Xəlilov.
Bakı. “İnter Arena”.

21:00. “Qəbələ” – “Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Yaşar Abbasov, Ziya Nəsirov.
Qəbələ şəhər stadionu.

Turun digər oyunları: AzAL – “Rəvan” – 1:0, “Zirə” – “Neftçi” – 2:0.

Bombardirlər:
3 – Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Dieqo Martins (“İnter”), Aleksey Qay (“Qəbələ”), Riçard Almeyda (“Qarabağ”).

Həmin kateqoriyadan