Topaz Premyer Liqasının 7-ci braziliyalısı

“Qarabağ”ın futbolçusu Riçard Almeyda Azərbaycan çempionatlarında yubiley – 25-ci qolunu vurub. Allsport.az xəbər verir ki, bu, Topaz Premyer Liqasının 6-cı turunun “Neftçi” ilə matçına təsadüf edib.

Penaltidən dəqiq istifadə edən cənubi amerikalı hesabı bərabərləşdirməklə yanaşı, özünün mövsümdə 3-cü, ümumilikdə 25-ci qoluna imza atıb. Almeyda buna 92 matçda nail olub. O, 2012/13 mövsümündə 13, 2013/14 mövsümündə 6, 2014/15 və 2015/16 mövsümlərinin hərəsində 3 dəfə fərqlənib.

Riçard Azərbaycan çempionatlarında 25 və daha çox qol vuran 7-ci braziliyalı legioner olub. Ona qədər Leandro Qomeş 41, Junivan Suares 40, Junior Nildo 37, Reynaldo Silva 34, Flavio Aleks Valensio 31, Fabio Luis Ramim 27 dəfə fərqlənmişdi.

Həmin kateqoriyadan