- Baxış sayı: 43
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 137
- Fevral 06, 2026
- 0

“Tottenhem”in yarımmüdafiəçisi Rodriqo Bentankur komanda yoldaşı Son Hın-Min haqda irqçi hesab edilən zarafata görə cəzalanıb.
Allsport.az xəbər verir ki, yayda internetdə uruqvaylı jurnalistin Bentankurdan Sonun köynəyi istəməsi və uruqvaylının belə cavab verməsi ilə bağlı bir video peyda olmuşdu: “Son? Bu, Sonun əmisi oğlu ola bilər, çünki koreyalıların hamısı eyni görünür”.
Bentankur buna görə Sondan üzr istəyib və bunun “pis zarafat olduğunu” deyib.
İngiltərə futbol assosiasiyası Bentankuru bu sözlərə görə 7 oyunluq cəzalandırıb və 126 min dollar cərimələyib.