Tsokayev Avropa çempionu oldu

Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı davam edir.

Allsport.az xəbər verir ki, yarışın 3-cü günündə sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da medalçılar müəyyənləşib.

Ceyhun Allahverdiyev (61 kq) finalda ermənistanlı Levik Mikayelyana minimal fərqlə (1:2) məğlub olub və gümüş medalla kifayətlənib.

Ağanəzər Novruzov (74 kq) bürünc medal uğrunda görüşdə gürcüstanlı Saba Kobaxidzeyə (4:7), Vasif Xudiyev (86 kq) isə fransalı Rəhim Məhəmmədova (0:10) uduzub.

Əli Tsokayev (92 kq) həlledici görüşdə vaxtından əvvəl qələbəni bayram edib. Finalda türkiyəli Fateh Altınbaşı 11:0 hesabıyla üstələyən təmsilçimiz Avropa çempionu olub.

Yusif Dursunov (125 kq) isə finalda rusiyalı Həbib Davudhacıyevə (1:4) məğlub olub və gümüş medalı boynundan asıb.

Həmin kateqoriyadan