- Baxış sayı: 40
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Qazaxıstanın kişi həndbolçulardan ibarət “Turan” komandası Bakıda təlim-məşq toplanışındadır. Allsport.az saytı xəbər verir ki, məqsəd qarşıdakı yarışlara daha səmərəli hazırlaşmaq, təcrübə mübadiləsi və yoxlama oyunları keçirməkdir.
“AHF arena”da prosesə 25 həndbolçusu qatılıb. Baş məşqçi Məqsəd Narmətovun rəhbərlik etdiyi kollektiv artıq ilk yoxlama görüşündə qüvvəsini sınayıb. “Azəryol” klubu ilə qarşılaşma komandamızın 34:28 hesablı qələbəsi ilə yekunlaşıb.
“Turan”ın ölkəmizin digər klubları ilə də yoxlama oyunları keçirməsi nəzərdə tutulub. Təlim-məşq toplanışına noyabrın 6-da yekun vurulacaq.