- Baxış sayı: 39
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı start götürüb. Allsport.az xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.
Sabir Cəfərov təsnifat mərhələsində Slovakiya idmançısını vaxtından əvvəl məyus edib. Həmyerlimiz daha sonra Fransa təmsilçisinə eyni aqibəti yaşadıb. 1/4 finalda Türkiyə güləşçisi üzərində də böyükhesablı qələbəyə sevinən Cəfərov yarımfinala yüksəlib. Finalın bir addımlığında Rusiya pəhləvanıyla baş tutan görüş olduqca gərgin və maraqlı mübarizə şəraitində keçib. Yekunda rəqib qələbə qazandığı üçün millimizin üzvü iyunun 29-da bürünc medal qarşılaşmasına çıxıb və gürcü həmkarına da uduzaraq 5-ci yerlə kifayətlənib.
Turan Bayramov qitə birinciliyinə Almaniya güləşçisi üzərində inamlı qələbəylə start verib. Bayramov 1/4 finalda daha öncə bir neçə dəfə məğlub etdiyi Narek Harutyunyanla qarşılaşıb. Ənənəsinə sadiq qalaraq Ermənistan güləşçisinə növbəti dəfə qalib gələn Turan adını yarımfinala yazdırıb. Titullu güləşçimiz gürcü rəqibinə də tam üstünlüklə qalib gələrək finala vəsiqə qazanıb. Həlledici görüşdə Moldova idmançısına da heç bir fürsət tanımayan Bayramov yarış boyunca rəqiblərinə 1 xal verməyərək Avropa çempionu olub.
Səbuhi Əmiraslanov 1/8 finalda rusiyalı rəqibinə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Əmiraslanov iyunun 29-da təsəlliverici görüşə çıxıb və türkiyəli güləşçiyə minimal fərqlə uduzub.
Zəfər Əliyev debütdə gürcü həmkarına tam üstünlüklə qalib gəlib. Ancaq 1/4 finalda Ukrayna idmançısıyla bacarmayıb.
Murad Haqverdiyev ilk görüşdə türkiyəli rəqibinə uduzub.
57 kq
1/8 final: Murad Haqverdiyev – Ahmet Karavuş (Türkiyə) 4:12
65 kq
Təsnifat: Sabir Cəfərov – Tomas Şoerqo (Slovakiya) 10:0
1/8 final: Sabir Cəfərov – Luis Mazoyer (Fransa) 10:0
1/4 final: Sabir Cəfərov – Burak Sinin (Türkiyə) 7:0
1/2 final: Sabir Cəfərov – Turpal Xatuyev (Rusiya) 10:13
Bürünc medal görüşü: Sabir Cəfərov – Giorgi Tçoladze (Gürcüstan) 4:7
70 kq
1/8 final: Turan Bayramov – Simon Monz (Almaniya) 10:0
1/4 final: Turan Bayramov – Narek Harutyunyan (Ermənistan) 5:0
1/2 final: Turan Bayramov – Davit Patsinaşvili (Gürcüstan) 11:0
Final: Turan Bayramov – Stanislav Novak (Moldova) 7:0
79 kq
1/8 final: Səbuhi Əmiraslanov – Rasul Asluyev (Rusiya) 1:6
Təsəlliverici görüş: Səbuhi Əmiraslanov – İsmayıl Küçüksolak (Türkiyə) 6:7
97 kq
1/8 final: Zəfər Əliyev – Luka Xutçua (Gürcüstan) 12:2
1/4 final: Zəfər Əliyev – Danilo Stasiuk (Ukrayna) 0:10.