- Baxış sayı: 47
- 15 Noyabr 2024 21:26
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Birinci divizionda cari mövsümünün ilk dövrəsinə yekun vuruldu. Allsport.az saytı xəbər verir ki, bununla bağlı “Turan Tovuz”da klubdaxili toplantı keçirilib. Toplantıda komandanın birinci dövrədəki çıxışı müzakirə olunub. Baş məşqçi Badri Kvaratsxeliya klub prezidenti Namiq Məstanova hesabat verib.
Ümumilikdə, komandanın sərgilədiyi oyun həm baş məşqçini həm də klub rəhbəri tərəfindən müsbət qarşılanıb. Əsas məqsəd olan gənc futbolçuların yetişməsi missiyası isə artıqlaması ilə yerinə yetirilib. Ötən illə müqayisədə, əsas heyətdə daha çox perspektivli gənclərin yer alması, 5 futbolçunun müvafiq yaş qrupları üzrə milli komandalara dəvət olunmaları xüsusi qeyd edilib.
Sonra klub rəhbərliyi futbolçularla birlikdə bayram süfrəsi arxasında əyləşiblər. Rəhbərliyin təşkil etdiyi tədbirdə həm prezident, həm baş məşqçi kollektivi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik ediblər. Komandanın kapitanı Asəf Qədiri də öz növbəsində rəhbərliyə onlara göstərilən qayğıya görə təşəkkürünü bildirib.
Qeyd edək ki, dövrənin başa çatması ilə əlaqədar olaraq komanda üzvləri istirahətə buraxılıblar.