- Baxış sayı: 23
- 21 Aprel 2025 16:53
- Baxış sayı: 96
- Aprel 20, 2025
- 0
Bu gündən etibarən dekabrın 18-ə qədər Bakı şəhərində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. “Turan Tovuz”un mətbuat xidmətindən allsport.az saytına verilən məlumata görə, 1-ci divizinda mübarizə aparan bu komandanın 4 futbolçusu da milliyə dəvət alanlar sırasındadır.
Yaşlarının az olmasına baxmayaraq əsas komandada çıxış edən Abbas Ağazadə, Məhərrəm Hacıyev, Misir Rüstəmov və Musa Zeynalov milli komandanın məşqçilərinin də diqqətindən yayınmayıb. Daim Azərbaycan futboluna qazandırdığı istedadlarla ad çıxaran Tovuzun 1-cidivizionda təmsil olunmasına rəğmən bu ən-ənəni davam etdirməsi sevindirici haldır.
Qeyd edək ki, millinin düşərgəsinə aşağı dəstə klublarından yalnız bu 4 futbolçu dəvət olunub.