- Baxış sayı: 23
- 21 Noyabr 2024 14:56
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Çempionluğun və “Turan”ın ölkəmizi ilk dəfə “Fənərbağça” ilə oyunlarda qitəmiqyaslı yarışda təmsil etməsinin 30 illiyi ilə əlaqədar olaraq “Turan” və “Kəpəz”in veteran futbolçuları arasında yoldaşlıq oyunu keçirilib.
Allsport.az xəbər verir ki, oyundan öncə qonaqlar Tovuz futbol məktəbinin bansi Qara Əliyev, veteran futbolçu Təvəkkül Hüseynov, “Turan”ın ilk baş məşqçisi Zahid Hüseynov, AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyev, “Turan” adının komandaya verilməsinin təşəbbüskarı Novruz Həsənov, “Turan”ın kapitanı və baş məşqçisi olmuş Sakit Alıyev və şəhid futbolçumuz Vaqif Tağıyevin məzarları ziyarət ediblər. Tovuz şəhər stadionunda akademiya, inzibati bina və burada yaradılan şəraitlə tanış olan qonaqlar daha sonra çay süfrəsi arxasında söhbət ediblər. İştirakçılar Tovuz şəhər stadionunda 1946-cı ildə faciəvi şəkildə dünyasını dəyişmiş futbolçularımızın, şəhid futbolçumuz İlqar Zeynallının və Şəhidlərimizin xatirələrinə inşa edilmiş abidələrin önünə gül dəstələri düzüb, onları ehtiramla yad ediblər. Saat 15:00-da başlayan oyunu beynəlxalq dərəcəli hakim Tahir Süleymanov idarə edib. Oyunun başlama zərbəsini “Turan”ın təsisçisi və ilk prezidenti Vidadi Əhmədov yerinə yetirərək “Turan Tovuz” PFK-nın idarə heyətinin sədri Ehtiram Quliyevə ötürüb. Oyun ərzidnə “Turan”ın heyətində Nizami Sadıqov, Eldəniz Hüseynov, Nizami Ocaqverdiyev, Elxan Abdıyev, Eltay Aslanov, Vəli Hüseynov, Məqsəd Yaqubəliyev, Elşad Əhmədov, Vidadi Rzayev, Qurban Qurbanov, Musa Qurbanov, Rüfət Quliyev, Etimad Qurbanov, Kamran Əlibabayev, Ülfət Mədətov və Kamal Ələkbərov meydana çıxıblar. Dostluq şəraitində keçən oyun 5:5 hesabı ilə başa çatıb. “Turan”ın heyətində Musa Qurbanov (2), Etimad Qurbanov, Qurban Qurbanov və Nizami Ocaqverdiyev fərqləniblər.
Oyundan sonra qonaqlar banketdə bir araya gəliblər. Uzun müddət Tovuz rayon gənclər idman idarəsinin rəisi kimi çalışmış Sahib Ələsgərova 65 illik yubileyi münasibəti ilə komandamızın 65 nömrəli forması təqdim edilib.