- Baxış sayı: 37
- 17 Dekabr 2025 10:00
- Baxış sayı: 3
- Dekabr 17, 2025
- 0

Bu gün qadın voleybolçuların yüksək liqasında 2-ci turun 1 oyunu keçirildi. AVF-in idman zalında keçirilən matçda 2 debütant – “Turan” və “Gənclər” qarşılaşdı. Üstün oyun nümayiş etdirən “boz qurlar” rəqibi 3:0 yendi (25:10, 25:9, 25:11). Görüşdən sonra Ziya Rəcəbovun komandasının toppaylayıcısı Təhminə Mustafazadə allsport.az saytına müsahibə verdi:
– İlk turda azad olan “Turan” bu gün ilk oyuna çıxdı. Tarixi matç barədə fikriniz maraqlıdır.
– Mövsümə yaxşı hazırlaşmışıq. Yeni olsaq da, istəkliyik. Bu gün əzmkar oynadıq. Qarşı tərəf də pis deyildi. Rəqib gənclərdən təşkil olunub. Onlara gələcək görüşlərdə uğurlar arzulayıram.
– Bir yeniyetmə voleybolçu kimi ilk dəfə meydançaya çıxdın. Özü də əsas heyətdə. Həyəcanı nə qədər boğa bildin?
– Çox həyacanlı idim. Çətin olsa da, oyunun gedişatında ab-havaya uyğunlaşdım. Təcrübəli komanda yoldaşlarım özgüvənimi artırırdı.
– Üstəlik, toppaylayıcı mövqeyindəsən. Quruculuq səndən asılı idi.
– Oyuna girəndən sonra axara isinişdim. Çalışırdım az səhv edim və hücumun kəsərində bacarıqlı olum. Rəqib gənclərdən ibarət olsada, var gücü ilə müqavimət göstərirdi.
– İlk turda seyrçi oldunuz. Belədə, rəqibləri izləmək imkanınız oldu. Onlar barədə nə deyə bilərsən?
– Rəqiblərin hamısı çətindir. Yaxşı məşq edib, üzrəimizdə işləyib və artırıb onları üstələməliyik. Məqsədimiz çempion olmaqdır!
– Səncə, hansı rəqiblər güclü təsir bağışladı?
– Mənə görə “Azərreyl” və “DH Volley” klubları. “Gəncə”ni də hesabdan silmək olmaz.