- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 228
- Mart 26, 2026
- 0

Ankara toplanışını davam etdirən kişi basketbolçular növbəti yoxlama oyununu keçirib.
Allsport.az saytı xəbər verir ki, millimiz super liqa təmsilçisi “Afyon HDİ” klubu ilə üz-üzə gəlib və 77:79 məğlub olub. Bizdən Zaur Paşayev və Endar Poladxanlı hərəyə 18, Amil Həmzəyev 17 xal toplayıblar.
Seçməmiz bundan öncəki sınaq matçında Türkiyənin köklü komandalarından sayılan “Türk Telekom”un U-20 basketbolçularına 64:62 qalib gəlmişdi.