- Baxış sayı: 45
- 18 Noyabr 2024 12:07
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Badminton millisi Türkiyənin paytaxtı Ankaqada keçirilən Türkdilli dövlətlərin beynəlxalq badminton turnirinə qələbə ilə başlayıb. Allsport.az saytı xəbər verir ki, kişilərin şəxsi yarışında Edi Reski Dviçayo, Aqil Qəbilov, Diki Pangestu və Cahid Əlhəsənov ilk görüşlərini uğurla başa vuraraq 1/4 finala yüksəliblər.
Qadın badmintonçuların şəxsi rəqabətində mübarizəyə 1/8 finaldan qoşulan Həcər Nuriyeva və Leyla Camalzadə ilk mərhədə Özbəkistanı təmsil edən bamdintonçuları mübarizədən kənarlaşdıraraq adlarını ən güclü səkkizliyə yazdırıblar. Keişa Fatimə Zəhra və Era Maftuha isə mübarizəyə 1/4 finaldan başlayacaq.
Kişi badmintonçuların qoşa yarışında Edi Reski Dviçayo – Diki Pangestu tandemi Türkiyə badmintonçularına qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Qadınların qoşa yarışında Leyla Camalzadə və Həcər Nuriyeva özbək rəqiblərinə qalib gələrək yarımfinalda iştirak hüququ qazanıb. Era Maftuha-Keişa Fatimə Zəhra qoşası isə mübarizəyə yarımfinaldan start verəcək.
Keişa Fatimə Zəhra – Edi Reski Dviçayo və Era Maftuha – Diki Pangestu isə qarışıq qoşa kateqoriyasında 1/4 finalda mübarizə aparacaq!
Badmintonçularımız Diki Pangestu və Era Mafruha qarışıq-qoşa yarışında Qırğızıstanlı rəqiblərinə 11-21, 9-21 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.