Türkdilli dövlətlərin xizək kuboku

17-20 fevralda Türk dövlətləri təşkilatının dəstəyi və Türkdilli dövlətlərin xizək kurortları ittifaqının təşkilatçılığı ilə Özbəkistanın Əmirsoy dağ kurortunda Türkdilli dövlətlərin xizək kuboku keçiriləcək.

Allsport.az xəbər verir ki, bu qərar Şahdağda keçirlən xizək alpinizmi üzrə dünya kuboku çərçivəsində Türk dövlətləri təşkilatının baş katibinin müavini Mirvahid Əzimov və Türkdilli dövlətlərin xizək kurortları ittifaqının sədri Rüstəm Nəcəfov arasında baş tutan görüşdə qəbul edilib.

Yarışın əsas məqsədi Türkdilli dövlətlər arasında idman əlaqələrinin inkişafını təşviq etmək, birgə əməkdaşlığı və dostluq əlaqələrini genişləndirmək, həmçinin qış idman növlərinə olan marağı artırmaqdır.

Görüş çərçivəsində həmçinin 2025-ci ildə Türkdilli dövlətlərin xizək kurortları ittifaqının inkişafına və genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, həyata keçirilməsi nəzərdə tutulan layihələr və tədbirlər müzakirə olunub.

Həmin kateqoriyadan