Türkiyə klubunda ayrılıq

“Kayserispor” baş məşqçisi Radomir Cialoviçi istefaya göndərib.

Allsport.az xəbər verir ki, 43 yaşlı monteneqrolu mütəxəssislə yollar uğursuz nəticələrə görə ayrılıb.

Ötən ilin oktyabrından komandaya rəhbərlik edən Cialoviç turnir cədvəlindəki vəziyyəti düzəldə bilməyib. Türkiyə superliqasında keçirilən 23 turdan sonra “Kayserispor” 17-ci pillədə qərarlaşaraq düşmə zonasında yer alıb.

Həmin kateqoriyadan