- Baxış sayı: 40
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Kişilərdən ibarət milli komandamızın mərkəz həndbolçuları bu gün Türkiyə Super Liqasında çıxış etdikləri klublarda növbəti matçlarına çıxıblar.
Allsport.az saytı xəbər verir ki, 8-ci turda Oleq Georgiyevski «Trabzonspor»la səfərdə «Konya Səlcuqlu» komandası ilə qarşılaşıb. Qaradənizlilər meydanı məğlub tərk ediblər (38:43). Hazırda «bordo-mavililər» yarış cədvəlində 6 xalla 8-cidir.
Oleqin qardaşı Sergey «Antalya»nın heyətində Ankara «Gənclərbirliyi»nə qarşı oynayıb. Görüş qonaqların qələbəsi ilə bitib – 31:29. Cənublular 4 xalla 11-ci yerdədir.