Türkiyədə hazırlıq, sonra ötüşmə

Şose velosipedi üzrə əsas və U-23 millinin üzvləri 2026-cı təqvim ilində nəzərdə tutulan beynəlxalq yarışlara hazırlıq məqsədilə Türkiyənin Alanya şəhərinə təlim-məşqə yola düşüb.

Allsport.az saytı xəbər verir ki, heyəti Musa Mikayılzadə, Süleyman Ələkbərov, Tural İsrafilov, Nofəl Nuriyev, Şahin Eyvazov, Əli Qurbanov, Maksim Trendelyov və Viktoriya Sidorenkodan ibarət komandamız martın 16-dək qardaş ölkədə olacaq.

Bu müddət ərzində baş məşqçi Vladimir Buşanski və məşqçi Elçin Əsədovun rəhbərliyi ilə komanda üzvlərimiz Beynəlxalq velosipedçilər ittifaqının bayrağı altında Alanya və Antalya bölgələrində təşkil olunacaq beynəlxalq turnirlərdə də iştirak edəcəklər.

Həmin kateqoriyadan