- Baxış sayı: 243
- 02 Dekabr 2025 12:37
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

Azərbaycan kamandan oxatma federasiyasının təşkilatçılığı və Azərbaycan idman akademiyasının dəstəyi ilə 16–18 noyabrda beynəlxalq dərəcəli hakim Alpər Gülərin rəhbərliyi altında kamandan oxatma idman növü üzrə hakimlik təlimi keçirilib.
Allsport.az xəbər verir ki, ümumilikdə 22 nəfərin qatıldığı təlimdə beynəlxalq standartların tətbiqi, hakimlik prosesinin düzgün idarə olunması və praktiki situasiyaların təhlili üzrə bilik və bacarıqlar artırılıb.
Təlim iştirakçıları arasında parakamandan oxatma üzrə məşqçilər və idmançı da yer alıb ki, bu da prosesin daha inklüziv və geniş əhatəli şəkildə təşkil olunmasına şərait yaradıb.
Bu gün keçirilən imtahanın ardından iştirakçılara federasiyanın baş katibi Fərid Xəlilov və hakim Alpər Gülər tərəfindən sertifikatlar təqdim olunub.
Təlimin məqsədi kamandan oxatma idmanında hakimlik keyfiyyətinin yüksəldilməsi, beynəlxalq standartlara uyğun peşəkar kadrların hazırlanmasıdır. Bu isə yarışların ədalətli və düzgün idarə olunmasına zəmin yaradır.
Federasiya rəsmisi bildirir ki, keçirilən bu təlim beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir və gələcəkdə bu tip proqramların davamlı olaraq təşkil olunması nəzərdə tutulur.