- Baxış sayı: 102
- 09 Oktyabr 2024 18:45
- Baxış sayı: 33
- Noyabr 25, 2024
- 0
Azərbaycan və Türkiyə arasında gənclərlə iş və idman sahələrində əməkdaşlıq genişləndirilir. Allsport.az xəbər verir ki, gənclər və idman nazirinin müavini İntiqam Babayev Türkiyənin gənclər və idman naziri Dr.Mehmet Qəssaboğlu ilə görüşüb.
Görüşdə dövlət başçıları cənab İlham Əliyev və cənab Rəcəb Təyyub Ərdoğanın Şuşa görüşünün tarixi əhəmiyyəti qeyd edilib və iki dövlət arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı olan Şuşa Bəyənnaməsinin önəmi vurğulanıb.
Görüş zamanı Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökümətlərarası komissiyanın 9-cu iclasının protokolunun gənclər və idman sahəsinə aid olan bəndlərinin icrasının sürətləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Münasibətlərin daha da dərinləşdirilməsi üçün birgə Azərbaycan-Türkiyə arasında birgə gənclər forumları, gənclər düşərgələri və mübadilə proqramlarının keçirilməsi, gənclər evləri və mərkəzləri arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, daimi olaraq qarşılqlı təcrübə və məlumat mübadiləsinin aparılması, müxtəlif istiqamətlərdə nümayəndə heyətləri formatında səfərlərin təşkili və s. bu kimi məsələlər müzakirə edilib.
Yaxın günlərdə Azərbaycan və Türkiyə arasında gənclər və idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə İşçi Qrupun yaradılması və ilk iclasının keçirilməsi nəzərdə tutulub.