3-cü turun son oyununda qapılara qol vurulmadı

Bu gün Topaz Premyer Liqasında 3-cü tura yekun vurulub. Allsport.az xəbər verir ki, son oyun günündə bir görüş baş tutub.

Turun qapanış matçında cari mövsümün debütantı olan “Zirə” öz meydanında “İnter”lə münasibətlərinə aydınlıq gətirib. Tərəflərin bütün cəhdlərinə baxmayaraq, paytaxt derbisində hesab açılmayıb.

Topaz Premyer Liqası
3-cü tur
24 avqust (bazar ertəsi)

21:00. “Zirə” – “İnter” – 0:0
Hakimlər: Fariz Yusifov, Zeynal Zeynalov, Nahid Əliyev, Xəlil Xəlilov.
Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.

“Zirə”: 1. Anar Nəzirov, 37. Yovan Krneta, 39. Sadiq Quliyev, 13. Aleksandr Şemonayev, 2. Mbah Çimezi, 8. Tərzin Cahangirov, 11. Viktor İqbekoyi, 27. Rəşad Abdullayev (k), 10. İqor İvanoviç, 19. Nurlan Novruzov, 7. Rihayro.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 17. Nicat Qurbanov, 28. Təmkin Xəlilzadə, 5. Adil Nağıyev, 32. Luis Alberto Dies, 23. Eltun Hüseynov, 70. Mirkamil Həşimli.
Baş məşqçi: Adil Şükürov.
“İnter”: 1. Səlahət Ağayev (k), 3. Xuan Fransisko, 4. Laşa Kasradze, 5. Denis Silva, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev, 11. Rauf Əliyev, 14. Zurab Xizanişvili, 18. Mənsur Nəhavəndi, 19. Mirhüseyn Seyidov, 30. Abbas Hüseynov .
Ehtiyat oyunçular: 79. Georgi Lomaya, 2. Sərtan Taşkın, 15. Stepan Polyak, 17. Mirsahib Abbasov, 20. Yuri Fomenko, 23. Dieqo Martins, 88. Abdulla Abatsiyev.
Baş məşqçi: Zaur Svanadze.

Turun digər oyunları: “Xəzər Lənkəran” – “Rəvan” 1:1, “Neftçi” – “Sumqayıt” 2:1, “Qəbələ” – “Kəpəz” 1:0, AzAL – “Qarabağ” 0:2.

Həmin kateqoriyadan