- Baxış sayı: 45
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 45
- Dekabr 05, 2025
- 0

12 yaşa qədər oğlanlar arasında keçirilən basketbol liqasında 3-cü turun oyunları yekunlaşıb. Allsport.az xəbər verir ki, geridə qalmış 3 turdan sonra “A” qrupunda “Naxçıvan” U-12, “Neftçi” U-12 və “Abşeron” U-12 komandaları 2 qələbə, 1 məğlubiyyətlə turnir cədvəlində ilk üçlükdə qərarlaşıblar. NTD U-12, “Sabah” U-12 və “Sərhədçi” U-12 komandaları isə, müvafiq olaraq 4-cü, 5-ci və 6-cı pillənin sahibidilər. “B” qrupuna gəldikdə isə, “Sumqayıt” U-12 və “Gəncə” U-12 komandaları maksimum nəticə ilə liderliklərini davam etdirirlər. “Quba” U-12, “Lənkəran” U-12, “Şəki” U-12 və “Ordu” U-12 komandaları turnir cədvəlində müvafiq olaraq 3-cü, 4-cü, 5-ci və 6-sıranı tuturlar. Müntəzəm çempionatda “A” və “B” qruplarında ilk iki sıranı tutmuş komandalar birbaşa pley-offa vəsiqə qazanacaqlar. Digər kollektivlər isə pley-indən mübarizəyə start verəcəklər.