- Baxış sayı: 42
- 26 Mart 2026 12:23
- Baxış sayı: 25
- Mart 26, 2026
- 0

U-16 basketbol millimiz Avropa çempionatının “C” divizionunda qrup mərhələsinin 4-cü turunda qalib gəlib. Allsport.az saytı xəbər verir ki, Elşən Yusubovun komandası Andorranı 67:66 hesabı ilə yenib.
İlk turda Monakonu 74:63, sonra Albaniyanı 78:66, daha sonra San-Marinonu 90:62 hesabı ilə üstələyən yığmamız hələlik “B” qrupunun öncülüdür.