- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Kiprin paytaxtı Nikosiyada keçirilən basketbolçuların Avropa çempionatının “C” divizionunda mübarizə aparan Azərbaycanın U-16 millisi növbəti görüşlərini keçirib. Allsport.az saytı xəbər verir ki, komandamız gərgin mübarizədə cəmi 1 xal fərqi ilə ev sahibinə məğlub olub – 62:63 (16-17, 26-10, 13-21, 7-15).
Bu gün isə komandamız toparlanaraq San Marinonu yenib – 63:60 (13-17, 19-8, 15-17, 16-18). İyulun 21-də Samit Nuruzadənin yetirmələri Bakı vaxtı ilə saat 17:00-da Malta yığması ilə öz gücünü sınayacaq.