- Baxış sayı: 35
- 20 Mart 2026 13:31
- Baxış sayı: 118
- Mart 19, 2026
- 0

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.
Allsport.az saytı xəbər verir ki, “Dalğa arena”da Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə görüş 4:1 qələbəmizlə bitib. Amid Qasımovun dubl etdiyi oyunda, digər qollarını Ömər Kərimov və Hikmət Cəbrayılzadə vurublar.
Bu komandalar arasında növbəti oyun avqustun 18-də keçiriləcək.