- Baxış sayı: 39
- 23 Mart 2026 19:21
- Baxış sayı: 24
- Mart 26, 2026
- 0

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan komandası Avropa çempionatının II seçmə mərhələsində son oyununu keçirib.
Allsport.az xəbər verir ki, “B” liqasının 4-cü qrupunda yer alan yığma üçüncü matçında Monteneqro ilə üz-üzə gəlib. Albaniyanın paytaxtı Tiranada yerləşən “House of Football Natural Pitch” stadionunda təşkil olunan qarşılaşmada Monteneqro seçməsi 2:1 hesablı qələbə qazanıb. Azərbaycan komandasının heyətində qolu 66-cı dəqiqədə Aysel Ziyadova vurub.
U-19 qrupdakı ilk iki oyununda Şimali İrlandiya və Albaniya komandalarına eyni hesabla (0:4) məğlub olub.