- Baxış sayı: 39
- 23 Mart 2026 19:21
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

U-19 qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirəcək.
Allsport.az xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 14:00-da İtaliyada keçiriləcək oyunda Norveç yığması ilə qarşılaşacaq.
Qarşılaşmanın baş hakimi şimali irlandiyalı Luise Tomson olacaq. Ona Viktoria Finlay (Şimali İrlandiya) və Doriana Lo Kalio kömək edəcəklər. 4-cü hakim funksiyasını Silvia Gasperotti (İtaliya) yerinə yetirəcək.