- Baxış sayı: 66
- 03 Dekabr 2025 22:47
- Baxış sayı: 31
- Dekabr 05, 2025
- 0
19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin hazırlıq planı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, komandamız sabah təlim-məşq toplanışına start verəcək. Yığmamız ayın 12-ə qədər Bakıda hazırlıq keçəcək. Toplanışda 18 futbolçu iştirak edəcək:
Samirə Vəliyeva (“Araz”), Rövşanə Sərdarlı (“Fidan”), Firəngiz Teymurova (“Qonaq Bələdiyəspor” İzmir, Türkiyə), Nino Qurgenidze (“Martve”, Kutaisi, Gürcüstan), Cəmilə Hüseynova (“Məşəl”), Zülfiyyə Əliyeva (“Mingəçevir”), Sevinc Fəttazadə, Aygün Qurbanzadə (hər ikisi – “Qəbələ”), Ayşən Əhmədova, Arzu Əliyeva, Aliyə Hüseynli, Vüsalə Seyfətdinova (hamısı – “Sumqayıt”), Nigar Abdulova, Vüsalə Hacıyeva, Nərmin Həsənova, Həqiqət Qasımova, Aynur Zeynalova (“Təhsil”), Leyli Qurbanova (“Zaqatala”).