- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Oktyabrın 28-dən noyabrın 3-dək Macarıstan paytaxtı Budapeştdə U-23 dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi hər 3 növ üzrə yığmalar təmsil edəcəklər. Oktyabrın 25-də Olimpiya Güləş Mərkəzində görüş olub və heyət açıqlanıb.
İlk günlərdə böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi ilə “sərbəstlər” mübarizə aparacaqlar. Komandaya Əfqan Xaşalov (57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov (65 kq), Davud İbrahimov (70 kq), Murad Süleymanov (74 kq), Əbubəkr Abakarov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (92 kq) daxil olunublar.
Qadınlarda ölkəmiiz yalnız Türkan Nəsirova (50 kq) təmsil edəcək. O, baş məşqçi Aslan Ağayevlı yollanacaq.
Yarışın son günlərində xalça üzərinə yunan-Roma güləşçilərimiz çıxacaqlar. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Turac Hüseynlinin rəhbərliyi ilə heyətdə Zaur Əliyev (55 kq), Əsgər Əlizadə (60 kq), Namaz Rüstəmov (67 kq), Sənan Süleymanov (72 kq), Tuncay Vəzirzadə (77 kq), Eltun Vəzirzadə (87 kq) və Arif Niftullayev (97 kq) yer alıblar.
Görüşü idarə edən hakimlər dəstəsində bizdən 1-ci dərəcəli referi Natiq Hacıyev olacaq.