- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bolqarıstanın Plovdiv şəhərində U-23 Avropa çempionatında yunan-Roma güləşində mübarizə başa çatıb. Allsport.az saytı xəbər verir ki, nüfuzlu yarışa böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi ilə qatılan millimiz, uğurlu nəticə göstərib.
Məsul sınaqda çıxış edən 6 bahadırdan 5-i fəxri kürsüyə qalxıb. Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (77 kq) Balkanlarda himnimizi səsləndiriblər. Ziya Babaşov (63 kq) 2-ci, Laçın Vəliyevlə (87 kq) Sərxan Məmmədov (130 kq) 3-cü yer tutublar.
2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız, 102 xalla komanda hesabında Avropa 3-cüsü olub. Gürcüstan (138) 1-ci, Türkiyə (133) 2-ci pillədə qərarlaşıb.