“Üç turnirdə iştirak etmək həm fiziki, həm psixoloji cəhətdən təsir göstərir”

Azərbaycan premyer liqasının I turundan təxirə salınan “Sabah” – “Qarabağ” (2:1) oyunundan sonra Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, mütəxəssis qarşılaşma barədə fikrini açıqlayıb:

“Sabah”ı qələbə münasibətilə təbrik edirəm. Komandam həddindən artıq böyük güc sərf etdi. Üç turnirdə iştirak etmək həm fiziki, həm psixoloji cəhətdən təsir göstərir. Bəzi futbolçular tam hazır deyildi, problemlərimiz var idi. İstənilən halda, bu oyun bizə gələcəkdə böyük fayda verəcək. Çox ciddi hazırlaşan komandaya qarşı oynadıq və onların gücünü tam gördük. Azarkeşləri təbrik edirəm, fantastik idilər. Əsl futbol atmosferi var idi. İki gün sonra Qəbələdə oyunumuz var. Həmin matça hazırlaşacağıq”.

Həmin kateqoriyadan