- Baxış sayı: 29
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
Azərbaycan Futzal Federasiyasına UEFA-dan məktub gəlib. Allsport.az xəbər verir ki, həmin məktubda UEFA Kubokunun 2015/16 mövsümündə Azərbaycanı “Araz”ın təmsil etməsinə icazə verilmədiyi diqqətə çatdırılıb.
Məsələ burasındadır ki, son ölkə çempionu olan “Xəzər adaları” maliyyə problemləri ilə əlaqədar qitə miqyaslı turnirə yollanmaqdan imtina etmişdi. Çempionatda ikinci yeri tutmuş “Fənər” də mövsüm ərzində üzləşdiyi hakim haqsızlıqlarını əsas gətirərək, “Xəzər adaları”nı əvəzləməkdən imtina etdi. Belədə, Futzal Federasiyası üçüncü olmuş “Araz”ı razı sala bildi və UEFA-ya da bu klubun adını göndərmişdi. Lakin göründüyü kimi, qitə futbol qurumu bununla razılaşmayıb.
Bu üzdən də UEFA Kubokunun növbəti mövsümündə Azərbaycanın heç bir təmsilçisi iştirak etməyəcək.