- Baxış sayı: 12
- 27 Mart 2026 18:30
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

UEFA “Benfika”nı “Real Madrid”lə matçdakı irqçi davranışlara görə cəzalandırıb.
Allsport.az xəbər verir ki, Portuqaliya klubu azarkeşlərinin Vinisius Juniora qarşı hərəkətlərinə görə 40 min avro cərimə olunub. Bundan əlavə, klubun növbəti ev oyununda 500 nəfərlik sektorun şərti olaraq bağlanması qərara alınıb.
Lissabon təmsilçisi həmçinin lazerdən istifadə və meydana əşya atılmasına görə ümumilikdə 33 min avro əlavə cərimə alıb. Vinisiusla mübahisə edən Canluka Prestianni və məşqçi köməkçisi Pedro Maçado da diskvalifikasiya ediliblər.